Xəstəliyi yayanlar daha çox simpomsuz, xəstəlik əlaməti keçirməyən şəxslərdir.

Open.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlının sözlərinə görə, həmin şəxslərlə ünsiyyətdə olanlar virusa yoluxdurduğunu bilmirlər: “Onların 30-60-a qədər insanı yoluxdurması mümkündür və nəzərə alsaq ki, inkubasiya dövrü 14-21 gündür. Önümüzdəki iki həftədə tələb olunan qaydalara ciddi əməl edilsə 3 həftədən sonra nikbin ssenaridən danışmaq mümkün ola bilər”.