İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati oktyabrın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Open.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Respublikası Senatının sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşıladılar.