“Türk Hava Yolları”nın törəmə şirkəti olan “AnadoluJet” aviaşirkəti Bakıya birbaşa reys açacaq.

Open.az xəbər verir ki, şirkət İstanbulun Sabiha Gökçen hava limanından yeni beynəlxalq reyslər işə salacaq.

Qeyd olunur ki, şirkət hazırda iki beynəlxalq reys həyata keçirir, martın 29-da başlayaraq isə İstanbuldan 18 ölkədə 26 istiqamət üzrə yeni uçuşlar işə düşəcək.

Məlumata əsasən, yeni uçuşlar Bakı, Küveyt, Ercan, Dubay, Bağdad, Bəhreyn, Ciddə, Ərbil, Ər-Riyad, Tehran, Təl-Əviv, Tbilisi, Dammam, Əbu-Dabi, Mədinə, Amsterdam, Barselona, Brüssel, Düsseldorf, Frankfurt, London, Milan, Münhen, Ştutqart, Paris, Roma və Vyanaya həyata keçiriləcək.