“Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpa işləri ilə bağlı strategiya hazırlayır”.

Open.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, ilk olaraq bərpa işləri Şuşa şəhərindən başlanılacaq: “Çünki Şuşa şəhərində minalar demək olar ki, yoxdur. Ondan sonra isə Ağdam, Cəbrayıl, Füzuli və digər yerlərdə də bərpa işlərinə başlanılacaq”.