Bu gün İpoteka və Kredit Zəmanət Fondunun (Fond) Himayəçilik Şurasının iclası keçirilib.

Open.az Fonda istinadən xəbər verir ki, iclasda qurumun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub.

Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.

Xatırladaq ki, Himayəçilik Şurasının Prezident Administrasiyası,Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.