İndoneziyanın Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyi dövlətimiz tərəfindən göstərilən humanitar dəstəyə görə Azərbaycan xalqı və rəhbərliyinə Respublika adından minnətdarlığını bildirib.

Bu barədə Open.az-a Azərbaycan XİN-dən bildiriblər.

Məlumata əsasən, 28 sentyabr 2018-ci il tarixində Indoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzarə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

Həmçinin qeyd olunur ki, Azərbaycan bu ölkəyə sayca ikinci dəfə humanitar yardım göstərib və İndoneziya xalqı ilə daim həmrəy olduğunu bir daha ifadə edib.