Kənd Təsərrüfatı naziri İnam Kərimovun Saatlıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Open.az-ın məlumatına görə, nazir İnam Kərimov yanvarın 25-də saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzində Nefçala və Salyan rayonlarından, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.