Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşü Vaşinqtonda keçirilə bilər.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

O, görüş barədə qabaqcadan nəsə deməyin düzgün olmadığını söyləyib: “Bir az da gözləyək. Tərəflər görüşün yeni mərhələsi üçün müəyyən dəqiqləşmə gözləyirlər".

Xatırladaq ki, prezident İlham Əliyevin Nikol Paşinyanla son görüşü martın 29-da Vyanada olub.

Gülnar Qafarlı