İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

Open.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, İƏT Azərbaycanla həmrəydir.

Təşkilat Ermənistanı Azərbaycanın mülki əhalisinə qarşı hücumları dərhal dayandırmağa çağırıb, Ermənistan ordusunun mülki əhalini atəşə tutması beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib.

İƏT-in və BMT TŞ-nin qətnamələri xatırladılaraq Ermənistandan öz hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması tələb olunub.