Nikol Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur.

Open.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın şəxsi tvitter hesabında bildirib.

O qeyd edib ki, kimin müharibə istədiyi aydındır: "Bu, Türkiyə və Azərbaycanın haqlı olduğunu təsdiqlədi: Cənubi Qafqazda, Dağlıq Qarabağda sülh və sabitlik Qarabağ işğaldan azad olunduqdan sonra olacaq".