“İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə gedirik”.

Open.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Hərbçilərin dediyi kimi, erməni tərəfi Tərtərin şəhərətrafına hücum edir. Ancaq diplomatik korpuslar könüllü olaraq Tərtərə - Azərbaycanın Stalinqradına getməyə qərar veriblər. Həmrəylik üçün təşəkkürlər”, - o əlavə edib.