Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Human Rights Watch və Amnesty International təşkilatlarını Ermənistanın cinayətlərini qiymətləndirmək üçün Azərbaycana dəvət edib.

Open.az xəbər verir ki, o bu barədə öz tvitter hesabında bildirib. "Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qarşı soyqırımı aktı: Ölənlərin sayı 20-yə çatıb. Yaralıların sayı 40-dan çoxdur. Hamısı günahsız mülki şəxslərdir. Hücumda "Smerç" klaster raketləri istifadə edilmişdir. Human Rights Watch və Amnesty İnternational təşkilatlarını Ermənistanın bu cür cinayətlərinin yerində qiymətləndirilməsi dəvət edirik",-deyə Prezidentin köməkçisi qeyd edib.