Yanvar-avqust aylarında hava nəqliyyatı ilə 39 min 722 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Open.az-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 14 min 255 ton azalma olub.

Belə ki, 2019-cu ilin 8 ayında hava nəqliyyatı ilə 53 min 977 ton yük göndərilib.

Cari ilin yanvar-avqust aylarında bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə 7037 ton təşkil edib.