Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Monterey-Lənkəran Dostluq Assosiasiyasının dəvəti ilə mayın 25-dən 29-dək ABŞ-ın Monterey şəhərində səfərdə olacaq.

MM-in Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə Monterey və Lənkəran şəhərləri arasında yaradılmış qardaşlaşmış şəhər münasibətləri çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq, kənd təsərrüfatı və turizm sahəsində yeni imkanlar dəyərləndiriləcək.