Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3259 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsindən Open.az-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz artıb.

Oktyabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 167,2 kiloqram təşkil edib.