Xəbər verdiyimiz kimi, ABŞ-ın Azərbaycandakı səfirliyi "GreenCard" lotereyasındakı saxtakarlıqla bağlı xəbərdarlıq yayıb.

Open.az xəbər verir ki, "GreenCard Azerbaijan" sözügedən saxtakarlıqla bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, may ayının əvvəlində bəzi şəxslərə saxta email göndərilib: "Yəni, müraciət edən şəxslərin qalib olduğu iddia olunur və ödəniş edilməsi tələb olunur. Bu emaillər tamamilə saxtadır. Bunun nə bizim şirkət, nə də ki, ABŞ dövləti ilə heç bir əlaqəsi yoxdur".

Qeyd edilib ki, son günlərdə olan paylaşımlarda şirkətin də adı hallanır: "Xatırlatmaq istərdik ki, şirkətimiz özəl şirkətdir və heç bir ABŞ səfirliyi və ABŞ dövləti ilə birbaşa çalışmırıq və belə bir şeyi heç vaxt iddia etməmişik (ümumiyyətlə ABŞ səfirliyi heç bir yerli şirkətlə əməkdaşlıq etmir). Həmçinin, "GreenCard" proqramına müraciət məqsədilə heç kəsə məlumatlarını almaq üçün müraciət etmirik. Şirkətimiz, "GreenCard" proqramı çərçivəsində, özləri könüllü müraciət etmiş müştərilərə xidmət göstərir. Şirkətimizin xidmətləri və proqramı haqda ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz ".

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi "GreenCard" Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.

Gülnar Qafarlı


GreenCard Azerbaijan

GreenCard Azerbaijan