Bu gün Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərinə mavi yanacaq verilib.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qurudərə kəndində 198, Sarıköynək kəndində isə 211 fərdi yaşayış evi qazla təmin olunub. Kəndlərdə bir pilləli sistem əsasında ümumilikdə 28 215,86 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Hər iki kənddə 409 evdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.