Xüsusi rejim dövründə fərdi tədris və repetitor xidmətləri dayandırılıb.

Open.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Bildirilir ki, o cümlədən bu sahədə evlərdə xidmət qadağan olunur.

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.