Bu gün Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir.

Open.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib: “Dünən cənab Prezident İlham Əliyev Şuşa şəhərinə səfər etdi və bütün ölkə ictimaiyyəti bu səfəri qürurla izləyirdi. Artıq bizim qarşımızda duran əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsidir, ancaq digər cəbhələrdə, xüsusilə koronavirusla mübarizəmiz də davam edir”.