Son sutka ərzində Ermənistanda daha 43 nəfər koronavirusa yoluxub.

Open.az xəbər verir ki, martın 28-də saat 10:00-a olan məlumata əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 372 nəfərə çatıb. Martın 27-də bu rəqəm 329 olub.

Qeyd edək ki, Ermənistanda hərbçilər arasında da koronavirusa yoluxma halları artıb. Ölkədə koronavirusa ən çox yoluxma halları paytaxt İrəvandadır. Koronavirusa yoluxanların 46 faizi (151 nəfər) bu şəhərdədir. İkinci yerdə 57 nəfərlə Kotay, üçüncü yerdə isə 56 xəstə ilə Ararat bölgəsi dayanır.