"Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı bu hücumları davam etsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik".

Open.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev Azərbaycanın heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almadığını bildirib: "Lakin döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan qisasını mülki insanlardan çıxmağa çalışır. Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik”.