Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısına telefonla zəng edib.

Bu barədə Open.az-a Azərbaycan Prezidentinin Mətbuat xidmətindən məlumat verilib.

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik etmiş, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırmışdır.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirmiş və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik etmiş, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırmışdır.

Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.