Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

Open,az xəbər verir ki, müvafiq əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.(report)