"Ötən gün Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə görüşlər keçirildi. Fikrimcə, bu görüşlər çox faydalı idi".

Open.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Milanda ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib.

Məmmədyarovun sözlərinə görə, çox intensiv məsləhətləşmələr olub, mühüm fikir mübadiləsi aparılıb.

Yığıncaqdan sonra ilk dəfə olaraq tərəflər görüşdən sonra bəyanatın mətni barədə razılığa gəliblər: "Gələn il biz regionda sülhün və rifahın yaradılmasının imkanlarını artırmaq üçün nizamlama prosesində sıçrayış etmək məcburiyyətindəyik".

Gülnar Qafarlı