Mən istərdim ki, radikal müxalifət "Radikal müxalifət" adını öz üzərlərindən götürsün.

Open.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, radikal müxalifəti xalq tərbiyəli etməlidir:

"Çünki onlar xalqdan səs gözləyirlər. Xalq isə səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir. Dünyanın hər bir yerində radikalçılıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikalçı olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifər dairələri radikalçılığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir. Radikalçılıq böyük bir faciə və nöqsandır. Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir".