Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

Open.az "Report"a istinadən xəbər verir ki, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə təşkil olunacaq.