Türkiyənin Rusiyadan aldığı "S-400" hava müdafiə sistemləri bütün dünyanın gündəmindədir.

Open.az "Haber 7"yə istinadən xəbər verir ki, hazırda dünyada dövriyyədə olan ən yaxşı hava müdafiə sistemlərindən biri olaraq göstərilən "S-400"ləri istehsal edənin Azərbaycan vətəndaşı olduğu ortaya çıxıb.

Həmin şəxs Rusiyanın ən gizli sənaye təşkilatı olan "Almaz-Antey" elm və araşdırma şirkətinin keçmiş rəhbəri, "S-300 Favorit" və "S-400 Triumph" raket əleyhinə müdafiə sistemlərini istehsal edən İqor Aşurbəylidir.

Dünyanı vəlvələyə salan S-400

Rusiya Araşdırmaları İnstitutu da faktı təsdiqləyib və məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd eədk ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub.

1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnstitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə “D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri” olub.

2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu dövrdə “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Hazırda Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, Socium Holdinq İdarə Heyətinin prezidenti olan, texnika elmləri doktoru İqor Aşurbəyli eyni zamanda kosmos dövləti olmaq hədəfi ilə yaradılan Asqardia Krallığının ilk dövlət başçısı kimi tarixə adını yazdırıb.

Gülnar Qafarlı

Dünyanı vəlvələyə salan S-400

Dünyanı vəlvələyə salan S-400