Bakıda bir qrup qadının 8 Mart Beynəlxalq Qadınlar günündə yürüş keçirmək istəməsi ilə bağlı məlumatlar yayılıb.

Open.az xəbər verir ki, yürüşün paytaxtın Fəvvarələr meydanından başlayaraq Azad qadın heykəlinə kimi keçirilməsi, “8 marş – Haqlarımız uğrunda!” şüarının səsləndirilməsi nəzərdə tutulub.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyaya icazə verilmir:

“Xüsusən xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır. Əgər bu istiqamətdə hər hansı addım atılarsa, polis bunun qarşısını alacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti də yürüşün keçirilməsinə razılıq verməyib. Qafqazinfo