AMEA Nəsimi adına Dilçilik İnstitutu “Qaynar xətt”inin iş vaxtından (17:00) sonra fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnstitutdan Open.az-a bildirilib ki, sözügedən məsələ xəttin proqram təminatında yaranmış problemlə bağlıdır.

Qeyd olunub ki, “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda (maddə 6.1.5.) “Qaynar xətt”ə aid bu kimi texniki məsələlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə həvalə olunub.

"Yaranmış problemlə bağlı tərəfimizdən nazirliyə məktubla müraciət edilib. Nazirlikdən verilən məlumata əsasən proqram təminatı müəyyən müddətdən sonra yenilənməlidir və qurumun mütəxəssisləri sabah bu problemi həll edəcəklər. “Qaynar xət”dəki şəhər telefonu məsələsinə gəldikdə isə, xdmətin işə başlamasının lap əvvəlindən orada yalnız şəhər telefonu istifadədə olub", - məlumatda bildirilib.