Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Open.az xəbər verir ki, qanun layihəsinin keçid müddəasına təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta ölkənin inzibatə ərazi vahidləri müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan ( qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020- ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxaralaraq qəbul edilib.