Bu ilin mart ayından Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsindən Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək.

Bu barədə Open.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, hər istiqamət üzrə 1 avtobusun ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, bu il yanvarın 9-dan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə verilib, müntəzəm xətt üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunub.