Çində ötən ay yoluxucu xəstəliklər üzündən 1901 nəfər həyatını itirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası məlumat yayıb.

Ötən ay ölkə daxilində 1 milyon 143 min 574 nəfərdə yoluxucu xəstəlik aşkar edilib.

Yoluxucu xəstəliklər 1901 adamın ölümünə yol açıb, QİÇS-dən 423, vərəmdən 208, hepatitdən 68 və qripdən 143 nəfər dünyasını dəyişib.

Yoluxucu xəstəliklərin ən çox hansı bölgə və ya şəhərlərdə müəyyən edildiyinə dair məlumat verilməyib.

Gülnar Qafarlı