Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edib.

Open.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında paylaşım edilib.

XİN başçısı ümumilli lider Heydər Əliyevin diplomatik nümayəndəlikdəki büstü önünə tər çiçəklər düzüb.

Nazir səfirliyin xatirə kitabına ürək sözlərini yazıb.