Bakı Nəqliyyat Agentliyinin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə birgə əməkdaşlığı sayəsində Yasamal Yaşayış Kompleksinə 2 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti təmin edilib.

BNA-dan Open.az-a verilən məlumata görə, bu gün səhər saatlarından 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksdə yaşayan sakinlərin istifadəsinə verilib.

Bildirilib ki, 206 nömrəli marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən, 211 nömrəli marşrut üzrə isə kompleksin yaxınlığındakı dairədən keçir.