596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib.

Open.az xəbər verir ki, bu barədə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

"Xocasən yolunda gedən təmir işləri ilə əlaqədar olaraq 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətinin müvəqqəti dəyişdirildiyi haqqında məlumat vermişdik. Yolun bir hissəsində işlər yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib. Yolunuz açıq olsun"- deyə, qurum rəsmisi bildirib.