Yasamal rayonu ərazisində yerləşən A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələrinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təhcizatı müəyyən müddətə qədər dayandıracaq.

Open.az-a “Azərişıq”dan daxil olan məlumata görə, buna səbəb, köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xəttlərinin və yeraltı kabel xəttlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsidir.