Axşam pik saatlarda sərnişin axınını idarə etmək üçün ekspres xətlər üzrə ehtiyyat avtobuslar cəlb edilib.

Open.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “”20 Yanvar” və “İçəri şəhər” stansiyaları istiqamətində toplanılıb. Eyni qayadada səhər pik saatlarında da tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür.