"İlk dəfə ölkədə koronavirusa 200-ün üzərində yoluxma faktı aşkar olunub".

Open.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda 79 nəfər reanimasiya şöbəsində müalicə alır: "Onlardan 21 nəfəri isə süni nəfəs aparatına qoşulub".

R.Bayramlı qeyd edib ki, ötən həftə 848 nəfər virusa yoluxub: "Bu həftə üçün bu rəqəm 867 təşkil edir. Nəzərə alsaq ki, həftə tam başa çatmayıb".