Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 56 yaşı tamam olur.

Open.az xəbər verir ki, Eldar Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.

O, orta təhsilini 1969-1979-cu illərdə alıb. Daha sonra o, ali təhsil alaraq iki ixtisasa sahib olub. Belə ki, E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

2008-ci ildən isə E.Sultanov Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir.

Bu müddət ərzində o, prokurorluq orqanlarının, ilk növbədə Baş Prokurorluğun kütləvi informasiya vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığına nail ola bilib.