Səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub

Open.az Trend-ə istinadən xəbər verir ki, Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Kənd sakinlərinin dediklərinə görə, raketin səsi gələndə birinci elə bildik ki, raket evə düşəcək. Daha sonra gördük evin bağına düşdü: "Həmin zaman bağda olan Orxanın yaralandığını gördük. Biz çalışdıq ki, yaralını tez xəstəxanaya çatdıraq, bəlkə həyatın xilas etmək olar, amma mümkün olmadı".

Birinci elə bildik raket evə düşəcək, amma bağa düşdü, Orxan bağda idi - Kənd sakini