Ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Sərmayə Həşimova oğlundan danışıb.

Open.az “Qafqazinfo”ya istinadən xəbər verirr ki, dəfndən sonra jurnalistlərə açıqlama verən S.Həşimova oğlunun qeyrətli bir general olduğunu deyib: “Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi virus qurtarsın, gələcək. Gəlişi belə oldu. Deyirdi əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmir”.