Belarus parlamenti aşağı palatasının sədri Vladimir Andreyçenko və xarici işlər nazirinin müavini Andrey Dapkyunas oktyabrın sonunda Azərbaycana səfər edəcək.

Bu barədə Open.az-a Belarusun Bakıdakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, nazir müavini Bakıda keçiriləcək Qoşulmama Hərəkatı üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci sammitində iştirak edəcək.

Sammit oktyabrın 25-26-da keçiriləcək.