Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında tələbələrin zəhərlənməsi ilə bağlı cinayət işi başlanılıb.

Open.az-ın xəbərinə görə, bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.