Nizami rayonu, C.Naxçıvanski küçəsi 486 ünvanında yaşayan sakinlər od çərşənbəsini təbii qaz almaqla qeyd edirlər.

Open.az-ın "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, altı aydır qaz çəkilişləri icra olunan yataqxana tipli binada 112 ailə yaşayır.

Artıq qazlaşma işləri tamamlanıb, qaz xətləri çəkilib. Hər bir mənzilə qaz sayğacı quraşdırılıb.