“Bakıda nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin sayı 80 faiz azalıb”.

Open.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

O deyib ki, əvvəllər nəqliyyat vasitələrindən 1,5 milyon vətəndaş istifadə edirdisə, indi bu rəqəm 52 minə düşüb.