Hər il olduğu kimi, bu il də Bakı metrosunda 20 Yanvar faciəsinin qurbanları anılacaq.

Open.az-ın məlumatına görə, metronun "20 Yanvar" metrostansiyasının platformasına qərənfil çələngləri düzülüb. Saat 12:00 radələrində qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut anını metropolitençilər də ictimaiyyətlə birlikdə qeyd edəcək.