Azərbaycan ərazisində hərbi vəziyyət elan olunmasına baxmayaraq “Bakı Metropoliteni” QSC adi rejimdə fəaliyyət göstərəcək.

Open.az xəbər verir ki, bununla bağlı metropolitenə xüsusi tapşırıq verilib.

Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”un sorğusuna cavab olaraq xəbəri təsdiq edib: "Bakı metrosu adi rejimdə işləməkdə davam edəcək".