Çində yayılmış koronavirusla (2019-nCoV') əlaqədar Bakı Limanında sanitar nəzarət gücləndirilib.

Open.az xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçşinin deyilir ki, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir.