Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Open.az-ın məlumatına görə, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alınır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Babək rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

59.3-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə əvəz edilsin.

59.4-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin.

59.17-ci sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin.