Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb.

Open.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə yazıb.

O qeyd edib ki, təmir gedən hissə üzrə hərəkət bərpa olunub.

Qeyd edək ki, bu gün sözügedən prospektin "Monte Karlo" restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çökmüşdü.